Bu günə kimi itkin düşmüş erməni hərçilərinin sayı açıqlanıb.
Median.Az "MediaPort" istinadla xəbər verir ki, itkin düşmüş hərbçilər barədə məlumat toplamaq üçün yaradılan qaynar xəttə 494 müraciət daxil olub.
Qeyd edilib ki, bütün məlumatlar yoxlanılıb, işlənib və Sülhməramlı Əməliyyat Mərkəzinin axtarış bölmələrinə ötürülüb.
Mənbə həmçinin Ermənistan Müdafiə Nazirliyini də qınayıb:
"İtkin düşənlərin sayı ilə bağlı ən azı bəzi rəqəmləri Müdafiə Nazirliyimizdən deyil, rus sülhməramlılarından öyrənirik".