Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 235 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda koronavirus testindn 206 190 nəfər keçib, simptomları müəyyən edilməyənlərlə birlikdə 32 102 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.
Ağır xəstə sayı 5988 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 1 898 447 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 661 191 nəfər sağalıb, 16 881 nəfər isə ölüb.
F.Qoca bu günkü ölüm sayının çox olduğunu bildirərək, bunun qarşısını almaq üçün əhalini birgə mübarizəyə çağırıb.