Bir adam ardıcıl bir neçə gün eyni maskanı taxarsa, maska “nəm kompresə” çevrilir.
Bunu rusiyalı infeksionist Yelena Belova “RİA Novosti”yə müsahibəsində deyib.
“İnsanlar indi daha az müqavimət yolunu tutublar - təkrar istifadə edilə bilən maska alıb iki-üç həftə onu taxırlar. Sağlamlıq üçün birdəfəlik maskalardan istifadə edib onu düzgün tətbiq etmək daha vacibdir. Nəm maskanı atmaq lazımdır”, - deyə Belova deyib.
Onun sözlərinə görə, əgər insanın ağciyərində problem varsa, daha yaxşı bir variant kimi filtrli, qapaqla olan maska almaq yaxşıdır:
“Onlar ağciyər problemi olan insanlara rahat nəfəs almağa imkan verirlər”.
Öz növbəsində infeksionist, professor Nikolay Malışev bildirib ki, bir insanın uzun müddət taxdığı maska özünə kir toplayır:
“Birincisi, onun üzərinə nəfəs alırsınız, çirklənir, nəmlənir. Ancaq digər insanlar sizin üstünüzə öskürür, asqırır və siz bunları da toplayırsınız. Əgər gün ərzində dəyişməsəniz, onda onun üzərində daha çox şey olacaq - həm bakteriya, həm də viral çirklənmə. Bu səbəbdən maskanı dəyişdirmək lazımdır”.