Şaxtada vacib olmadığı halda maska taxmamalısınız, çünki bu zaman o tez islanır və soyuyur.
“RİA Novosti” xəbər verir ki, bunu Moskva Şəhər QİÇS-in Qarşısının Alınması və Mübarizə Mərkəzinin elmi-klinik şöbəsinin infeksionisti Yelena Belova deyib.
“Maska şaxtada isinməyən bir elementdir. Buna görə də boş küçədə gəzirsinizsə, maskanızı çıxarın. Başa düşmək lazımdır ki, nəfəs aldıqda və danışarkən maskanın üzə bitişik tərəfində nəm əmələ gəlir”, - Belova bildirib.
Onun sözlərinə görə, maskadan istifadə yalnız insanların sıx olduğu yerlərdə, məsələn, avtobus dayanacaqlarında tələb olunur.