ABŞ-da yeni administrasiyanın gəlişindən sonra Müdafiə Nazirliyinin (Pentaqon) rəhbəri vəzifəsinə keçmiş Mərkəzi Qüvvələr komandiri, istefada olan general Lloyd Ostin namizəd olacaq.
Median.Az xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Co Bayden bildirib.
67 yaşlı Ostinin namizədliyi təsdiqlənsə, o Amerika Ordusuna rəhbərlik edən ilk afroamerikalı olacaq.
O, Almaniya və ABŞ-da daxil olmaqla bir çox yerlərdə xidmət edib, Baş Qərargah Rəislərində çalışıb, 2006-cı ilə qədər general-leytenant rütbəsinə yüksəlib.