Son sutka ərzində Türkiyədə koronavirusa 31 712 yeni yoluxma aşkarlanıb.
Median.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, son sutkada təhlükəli infeksiyadan daha 217 nəfər vəfat edib. Beləliklə, koronavirusdan ölənlərin ümumi sayı 15 531 nəfərə yüksəlib.
Bundan başqa, 5 901 pasiyentin vəziyyəti ağırdır.