Bu gün mülki geyimli azərbaycanlı hərbçilərin Vardenisdəki restoranların birində nahar etdikləri barədə müxtəlif mənbələrdən məlumat alırıq.
Median.Az-ın məlumatına görə, bunu Çiçəklənən Ermənistan Partiyasından olan millət vəkili İveta Tonoyan Ermənistan Milli Məclisinin iclasında bəyan edib.
Onun sözlərinə görə, eyni mənbələr Azərbaycan əsgərlərinin Vardenisin mağazalarında alış-veriş etdiklərini bildirmişlər.
Millət vəkili bildirib ki, Azərbaycan hərbçiləri özlərini olduqca sərbəst hiss edir.//oxu24.com