Fransanın "Nant" komandasının baş məşqçisi Kristian Qurkyuff vəzifəsini tərk edib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Hazırda Liqa 1 təmsilçisi 13 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, Qurkyuff 2019-cu ildən bu komandaya rəhbərlik edirdi.