Rumıniyanın baş naziri Lüdovik Orban parlament seçkilərində Milli Liberal Partiyanın uduzmasından sonra istefaya getdiyini elan edib.
“Report” “Agence France-Presse” agentliyinə istinadən xəbər verir ki, bu barədə o, televiziyada translyasiya edilmiş çıxışı zamanı bildirib.
"Mən bu gün istefa qərarı verdim", - baş nazir deyib.
Rumıniyada parlament seçkiləri dekabrın 6-da keçirilib. “Exit poll”un məlumatına görə, seçkilərdə Sosial Demokrat Partiyası lider olub. İlkin məlumatlara əsasən, siyasi təşkilat siyasi marafonda 30,5 % seçici səsi toplayıb.