Bakıya hücum etməklə təhdid edən ermənidən acı etiraf - Nəvəmə nə deyəcəm? » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:27 Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  |     20:45 Çində bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb  |     20:18 Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib  |     19:39 Paşinyan Trampa zəng etdi  |     19:35 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     19:30 Paris yaxınlığında çoxsaylı insan girov götürüldü  |     19:20 Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb  |     18:57 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     18:17 Paşinyanın beş doğrusunu aparan bir səhvi  |     18:01 Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: "Uşaqlığı yenidən əzəmətli edək"  |     17:57 Hikmət Hacıyev: "İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi"  |     17:40 Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"  |     17:26 Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq  |     17:19 Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək  |     17:19 İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə məktub ünvanlayıb  |     17:12 "Barselona"nın prezidenti: "Azərbaycanda olmaqdan məmnunam"  |     17:07 Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ  |     16:58 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     16:49 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     16:35 Masallıda 37 yaşlı kişi özünü asıb  |    

Bakıya hücum etməklə təhdid edən ermənidən acı etiraf - Nəvəmə nə deyəcəm?

Vətən Müharibəsindən öncə Azərbaycanı təhdid edən, işğalçı ambisiyasını ortaya qoyan və Bakının belə işğal ediləcəyi ilə bağlı sərsəm açıqlamalar verən Birinci Qarabağ müharibəsinin iştirakçısı, "Ermənistanın Milli Qvardiyası" ictimai təşkilatının rəhbəri, rejissor Arşak Zakaryan aciz duruma düşüb.

Median.Az baku.ws-ə istinadən xəbər verir ki, Arşak Zakaryan keçirdiyi mətbuat konfrasında bir vaxtlar babası kimi özünün də qorxub qaçdığını etiraf edib:

"Uşaqlıqda mən babamla Aniyə (Ermənilərin iddiasında olduqları Türkiyə ərazisi - red.) baxmağa gedərdik. O, mənə deyirdi ki, "böyüyəcəksən, Anini geri alacaqsan". Mən də onu qınayırdım ki, niyə Anidən qaçmısan? Qorxuram ki, mən də nəvəmə Qarabağı göstərəndə və uşaqlığımın bu ərazilərdə keçdiyini danışanda o da eyni şeyi mənə deyəcək".

Qeyd edək ki, Arşak Zakaryanın Azərbaycanın tarixi ərazisi olan Kəlbəcərdə müəyyən biznesi olub. Arşak Zakaryan aprel döyüşləri zamanı video çəkərək Azərbaycanı hədələyərək bir də müharibəyə başlayacağı təqdirdə erməni ordusunun Bakıyadək gəlib çıxacağını bildirmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            546 07.12.20 21:03