İqor Korotçenko: “Fransa özünü ATƏT-in Minsk qrupu xaricinə qoydu” » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:27 Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  |     20:45 Çində bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb  |     20:18 Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib  |     19:39 Paşinyan Trampa zəng etdi  |     19:35 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     19:30 Paris yaxınlığında çoxsaylı insan girov götürüldü  |     19:20 Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb  |     18:57 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     18:17 Paşinyanın beş doğrusunu aparan bir səhvi  |     18:01 Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: "Uşaqlığı yenidən əzəmətli edək"  |     17:57 Hikmət Hacıyev: "İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi"  |     17:40 Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"  |     17:26 Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq  |     17:19 Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək  |     17:19 İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə məktub ünvanlayıb  |     17:12 "Barselona"nın prezidenti: "Azərbaycanda olmaqdan məmnunam"  |     17:07 Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ  |     16:58 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     16:49 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     16:35 Masallıda 37 yaşlı kişi özünü asıb  |    

İqor Korotçenko: “Fransa özünü ATƏT-in Minsk qrupu xaricinə qoydu”

Fransa Senatının Azərbaycan ərazisində qondarma “DQR” rejiminin “müstəqilliyinin” tanınmasına çağıran qətnaməsi Parisin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından çəkilməsinə dair bəyanatdır.

Bunu rusiyalı hərbi mütəxəssis, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Vestnik Kavkaza”ya müsahibəsində deyib.

“Bu növbəti təxribatla Fransa qərəzli olduğunu göstərdi və özünü ATƏT-in Minsk Qrupunun xaricinə qoydu. Bir tərəfdən qətnamə bəzi fransız deputatların siyasi korrupsiya faktoru və onların Fransadakı erməni lobbisi ilə əlaqələrinin təsiri ilə qəbul edilib. Digər tərəfdən bu Azərbaycana qarşı açıq şəkildə dostluqdan kənar bir aksiya və təhqirdir”, - deyə Korotçenko bildirib.

“Fransa əvvəllər də tarazlığa riayət etməyib və Ermənistanın maraqlarına açıq şəkildə lobbiçilik edib. İndi bu artıq Senatdakı deputat çoxluğu səviyyəsində bir daha təsdiqləndi. Hüquqi baxımdan qətnamə əhəmiyyətsizdir, siyasi nöqteyi-nəzərdən, o Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirini bərpa etmək üçün son cəhdidir, lakin əslində Paris vasitəçilik missiyasından imtina edib”, -deyə rusiyalı mütəxəssis qeyd edib.

Onun sözlərinə görə, qalmaqallı sənədin qəbul edilməsi buna açıq şəkildə çağırmasına baxmayaraq, Rusiya və Türkiyənin Cənubi Qafqazdakı mövqelərinə heç bir şəkildə təsir etməyəcək:

“Bu qətnamə Rusiyanın münaqişənin həlli zonasında olmasına heç bir təsir göstərməyəcək. Oradakı rus sülhməramlıları, yer üzündə sülhü təmin edirlər, amma fransız ordusu oranın yaxınlığında belə yoxdur.

Ümumiyyətlə, bu, sadəcə nəticəsi Parisin maraqlarına zərbə vuracaq axmaq bir hiylədir. Aydındır ki, Fransanın tərəfdaş və ya rəqib olması ilə bağlı Azərbaycan müvafiq nəticələr çıxaracaq. Fransa biznesi artıq Azərbaycanda müəyyən itkilərlə qarşılaşa bilər və milli maraqları qorumaq üçün Bakının bu cür reaksiya göstərməsinə əsaslar var”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            600 26.11.20 18:59