Nigeriyada 2019-cu ildə 45 min nəfər QİCS-dən ölüb.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məsul nümayəndəsi Fiona Braka deyib.
Bildirilib ki, Dünya QİÇS Günü ilə əlaqədar Nigeriya paytaxtı Abujada QİÇS-ə Nəzarət üzrə Milli Proqramına dair tədbir keçirilib. Fiona Braka Nigeriyadakı vəziyyətin narahatedici olduğunu vurğulayıb.
Milli proqramın direktoru doktor Qambo Aliyu isə ölkədə 1,2 milyon QİÇS daşıyıcısının müalicə edildiyini söyləyib.