Rusiyanın Tomsk şəhərində bağçaların birində uşaqlar döşəmə və tualet yumağa məcbur edilib.
Lenta.ru-nun məlumatına görə, bu barədə regional prokurorluğun mətbuat xidməti məlumat verib.
Bildirilir ki, tərbiyəçi bu yolla uşaqları pis davranışlarına görə cəzalandırırmış.
Müəllimə hadisə ilə əlaqədar valideynlərdən üzr istəsə də, bunun xeyri olmayıb.
Hadisə ilə bağlı yoxlamalara başlanılıb.