Rusiyanın Sankt-Peterburq şəhərində altı uşağı girov götürən şəxs təslim olub.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
O, təslim olaraq girovları azad edib. Sözügedən şəxs girov götürdüyü altı uşaqdan ikisinin bioloji atası olub.
Azad edilən uşaqlar xəstəxanaya yerləşdirilib, onların həyatları üçün təhlükə olmadığı bildirilir.