Çin aeroportunda koronavirusa yoluxmuş işçiyə görə basabas düşdü - VİDEO
Şanxayın Pudun aeroportunda koronavirusa yoluxmuş işçiyə görə basabas yaranıb.
Bu barədə kadrları “Haber Global” yayımlayıb.
Bildirilir ki, hava limanı işçilərindən birinə koronavirus diaqnozu qoyulduğundan, rəhbərlik aeroportda olan 14 minə yaxın insanda kütləvi testlər aparmaq qərarına gəlib. Bu səbəbdən aeroporta giriş və çıxış bağlanıb, bütün uçuşlar ləğv edilib.
Bu hal insanların təşvişə düşməsinə səbəb olub. Yayımlanan görüntülərdə yüzlərlə insanın qoruyucu kostyumda olan həkimləri yerə yıxaraq çıxışa doğru qaçdığı əks olunub.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!