Gürcüstanın Helvaçauri rayonunda parlament seçkilərində iştirak etmək məqsədi ilə seçki məntəqəsinə yollanan 60 yaşlı kişi orada vəfat edib.
Bu barədə “Ajaratv” məlumat yayıb.
Dairə komissiya məntəqəsindən verilən məlumata əsasən, seçici qutuya bülleteni atıb və seçki məntəqəsindən çıxarkən ürək tutmasından vəfat edib.
Hadisə ilə əlaqədar araşdırma aparıldığı bildirilir.