Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan istefa ərizəsi yazaraq vəzifədən gedib.
Ş. Stepanyan bu barədə öz “Facebook” səhifəsində məlumat yayıb.
Qeyd edək ki, Ş. Stepanyan 2020-ci ilin mart ayında Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın əmri ilə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.
Ş.Stepanyan Azərbaycanın Hadrut rayonunda anadan olub.