ÜST: Pandemiya daha ağır fəsadlar törədə bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:27 Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  |     20:45 Çində bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb  |     20:18 Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib  |     19:39 Paşinyan Trampa zəng etdi  |     19:35 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     19:30 Paris yaxınlığında çoxsaylı insan girov götürüldü  |     19:20 Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb  |     18:57 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     18:17 Paşinyanın beş doğrusunu aparan bir səhvi  |     18:01 Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: "Uşaqlığı yenidən əzəmətli edək"  |     17:57 Hikmət Hacıyev: "İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi"  |     17:40 Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"  |     17:26 Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq  |     17:19 Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək  |     17:19 İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə məktub ünvanlayıb  |     17:12 "Barselona"nın prezidenti: "Azərbaycanda olmaqdan məmnunam"  |     17:07 Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ  |     16:58 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     16:49 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     16:35 Masallıda 37 yaşlı kişi özünü asıb  |    

ÜST: Pandemiya daha ağır fəsadlar törədə bilər

Pandemiya getdikcə daha geniş vüsət alaraq bundan əvvəlki dövrə nisbətən daha da ağır fəsadlar törədə bilər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qahirədə keçirilən onlayn brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi regionu üzrə direktoru Əhməd əl Məndəri bildirib.

O, kütləvi ölümlərdən yayınmağın yeganə yolu kimi ölkələr tərəfindən karantin məhdudiyyətlərini sərtləşdirməyi, qabaqlayıcı tədbirləri sürətləndirməyi göstərib.

Yaxın və Orta Şərq regionu ölkələrində daha əvvəl tətbiq edilən qorunma tədbirlərinin yumşaldılmasından narahatlıq ifadə edən təşkilat rəsmisi həmçinin ara məsafəsi saxlamaq, qoruyucu maska taxmaq qaydaları kimi təməl tədbirlərə belə tam şəkildə əməl olunmadığını, bunun fəsadlarının da dolub-daşan xəstəxanalarda aydın nəzərə çarpdığını dilə gətirib.

Ötən 9 ay ərzində region ölkələrində koronavirusa 3,6 milyondan artıq insanın yoluxduğunu, bunlardan 76 mindən artığının da dünyasını dəyişdiyini xatırladan təşkilat nümayəndəsi ötən həftə yoluxmaların 60 faizinin İran, Mərakeş, İordaniyanın payına düşdüyünü, Pakistan və Livanda yoluxmaların artım göstərdiyini, İordaniya, Livan və Tunisdə isə ən yüksək gündəlik ölüm sayının qeydə alındığını bildirib.

“Qarşıdakı dövr bəlkə də son 9 aya nisbətən daha ağır olar. Peyvəndin tapılması da hələ pandemiyanın sonu demək deyil”, - deyən regional direktor bu günədək sınaqları keçirilmiş dörd yeni dərmanın hələ heç birinin rəsmi qeydiyyatdan keçmədiyini, təhlükəsizlik baxımdan təkrar tədqiqatların zəruri olduğunu qeyd edib.

Ekspertin vurğuladığı kimi yoluxmaların artımı heç də qışın gəlməsi, havaların soyuması ilə birbaşa bağlı deyil: “Sadəcə olaraq yay mövsümünə nisbətən insanlar daha çox qapalı, az havalandırılan məkanlarda vaxt keçirdiklərinə görə xəstəliyin yayılması da sürətlənir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 662 19.11.20 21:21