Səudiyyə Ərəbistanının Ciddə şəhərində Birinci Dünya müharibəsinin bitməsi münasibətilə təşkil olunan mərasimdə partlayış baş verib.
Bu barədə “France-24” Fransa Xarici İşlər Nazirliyinə istinadla xəbər yayıb.
Bildirilir ki, Fransa, Yunanıstan, İtaliya, Britaniya və ABŞ-dan olan diplomatların iştirak etdiyi mərasim qeyri-müsəlmanların dəfn olunduğu qəbiristanlıqda keçirilib.
İlkin məlumatlara görə, bir neçə yaralı var.
Səudiyyə Dövlət Televiziyası hələ ki məlumatı təsdiqləməyib.