Fransa sərhəd nəzarətini gücləndirir » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:27 Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  |     20:45 Çində bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb  |     20:18 Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib  |     19:39 Paşinyan Trampa zəng etdi  |     19:35 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     19:30 Paris yaxınlığında çoxsaylı insan girov götürüldü  |     19:20 Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb  |     18:57 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     18:17 Paşinyanın beş doğrusunu aparan bir səhvi  |     18:01 Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: "Uşaqlığı yenidən əzəmətli edək"  |     17:57 Hikmət Hacıyev: "İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi"  |     17:40 Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"  |     17:26 Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq  |     17:19 Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək  |     17:19 İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə məktub ünvanlayıb  |     17:12 "Barselona"nın prezidenti: "Azərbaycanda olmaqdan məmnunam"  |     17:07 Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ  |     16:58 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     16:49 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     16:35 Masallıda 37 yaşlı kişi özünü asıb  |    

Fransa sərhəd nəzarətini gücləndirir

Fransada son bir ay ərzində baş verən bir sıra terror hücumları ilə bağlı hökumət sərhəd nəzarətini gücləndirmək və islam fundamentalizmində şübhəli əcnəbiləri ölkədən çıxartmaq qərarına gəlib.

Median.Az
xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Jerald Darmanın BFM TV-yə müsahibəsində son bir ayda islam fundamentalizmində şübhəli sayılan 16 nəfəri ölkədən çıxartdıqlarını, həmçinin şübhəli vəziyyət yarandıqda başqa əcnəbiləri həbs etmək üçün yerlərə göstəriş göndərildiyini qeyd edib.

Nazir həmçinin yaxın günlərdə Tunis, Əlcəzair və Rusiyaya səfər edərək bu ölkələrdən olan islamçıların Fransadan geri qəbul etmələrinə dair danışıqlar aparacaqlarını da diqqətə çatdırıb.

"Terrorçuluğun milliyyətə və ya irqə dəxli yoxdur”, - nazir vurğulayıb.

Qeyd edək ki, Fransa prezidenti Emanuel Makron Tunis və Əlcəzair prezidentlərilə telefon söhbətləri zamanı bu məsələni müzakirə edib.

Ötən cümə axşamı Nis şəhərindəki kilsədə 21 yaşlı tunisli miqrant İbrahim İsəvi tərəfindən üç nəfərin qətlə yetirildiyi hadisəsindən sonra ölkədə terrorla bağlı ən yüksək hazırlıq səviyyəsi elan edilib, ölkədə strateji məkanlarda keşik çəkmək üçün 3 mindən 7 minədək hərbçi, 3 500 polis və jandarma cəlb edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            639 02.11.20 18:17