Fransanın Nitsada şəhərindəki Notr-Dam kilsəsində 3 nəfərin ölümü ilə nəticələnən terror hücumuna görə məsuliyyəti üzərinə götürən şəxs saxlanılıb.
Median.Az"Al-Arabiya" telekanalına istinadən xəbər verir ki, bu barədə Tunis birinci instansiya məhkəməsinin məlumat bürosunun rəhbəri Mohsen əd-Dəli məlumat verib. Məsuliyyətini üzərinə götürən şəxsin Tunisin cənubundakı "Əl-Mehdi" qruplaşmasına mənsub olduğu bildirilib.
Sözügedən şəxsin Feysbuk sosial şəbəkəsindəki yayımladığı videomüraciətdə hücumun məsuliyyətini qruplaşma adından üzərinə götürdüyü bildirilib.
"Həmin şəxs gecə saatlarında Milli Qvardiyanın nəzdindəki antiterror qrupu tərəfindən saxlanılıb",-deyə o Mohesn əd-Dəli qeyd edib.
Onun sözlərinə görə, videoçəkiliş aparan operator da saxlanılıb və bu iki şəxs barəsində istintaq başladılıb. Bununla yanaşı Tunis səlahiyyətliləri sözügedən qruplaşmanın mövcudluğuna dair məlumatların doğruluğu barədə araşdırma başladıblar.