Ən çox istifadəçi məlumatlarını yığan tətbiqlərin reytinqi tərtib olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:27 Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  |     20:45 Çində bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb  |     20:18 Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib  |     19:39 Paşinyan Trampa zəng etdi  |     19:35 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     19:30 Paris yaxınlığında çoxsaylı insan girov götürüldü  |     19:20 Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb  |     18:57 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     18:17 Paşinyanın beş doğrusunu aparan bir səhvi  |     18:01 Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: "Uşaqlığı yenidən əzəmətli edək"  |     17:57 Hikmət Hacıyev: "İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi"  |     17:40 Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"  |     17:26 Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq  |     17:19 Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək  |     17:19 İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə məktub ünvanlayıb  |     17:12 "Barselona"nın prezidenti: "Azərbaycanda olmaqdan məmnunam"  |     17:07 Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ  |     16:58 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     16:49 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     16:35 Masallıda 37 yaşlı kişi özünü asıb  |    

Ən çox istifadəçi məlumatlarını yığan tətbiqlərin reytinqi tərtib olunub

Artıq heç kim üçün sirr deyil ki, böyük şirkətlər öz istifadəçilərinin bir çox məlumatlarını yığırlar. Bu əsasən hər bir istifadəçi üçün individual kontentin və reklamların təqdim olunması səbəbilə edilir. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Clario şirkətinin mütəxəssisləri istifadəçilər barəsində daha çox məlumat yığan mobil tətbiqlərin reytinqini tərtib ediblər. Bu barədə 4pda saytı xəbər verib. Qeyd etmək lazımdır ki, sözügedən reytinqin tərtib olunması zamanı mütəxəssislər tətbiqlər və saytlar tərəfindən istifadə olunan cookie məlumatlarını deyil, tərtibatçıların əldə etmək istədikləri real istifadəçi məlumatlarından istifadə ediblər.

Söhbət, yaş, cins, ad, seksual orientasiya, dini baxışlar, ev ünvanları, sevilən yerlər, hobbilər, iş vəzifələri, maaş və hətta çəki, boy, səhhətin vəziyyəti kimi fiziki məlumatlardan gedir. Nəticədə məlum olub ki, reytinqdə təqdim olunmuş tətbiqlər arasında istifadəçilər barəsində məlumatları ən çox yığan məhz Facebook-dur. Məlum olub ki, sözügedən sosial şəbəkə istifadəçi məlumatlarının 70.59%-ni yığır. İstisnalar arasında istifadəçinin fizioloji vəziyyəti, maliyyə göstəricisi və bir sıra digər məlumatlar var.

Reytinqin ikinci yerində Instagram qərarlaşıb. Sözügedən məşhur fotoservis istifadəçi məlumatlarının 58.82%-ni yığır. Üçüncü yeri tutumuş Tinder tanışlıq servisi isə istifadəçi məlumatlarının 55.88%-ni əldə edir. Maraqlısı ondadır ki, reytinqdə Google şirkətinin yalnız Maps servisi mövcuddur. Məlumata əsasən bu servis istifadəçi məlumatlarının 20.59%-ni əldə edir. Hətta IKEA (23.53%) ilə Netflix (26.47%) öz istifadəçiləri barəsində daha çox məlumata sahibdir. Tam siyahı ilə aşağıdakı fotodan tanış ola bilərsiniz.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            648 29.10.20 23:32