ABŞ prezidenti Donald Trampın seçki qərargahından verilən məlumata görə, kampaniyanın saytına haker hücumu olub.
“Bu axşam erkən saatlara D.Trampın seçki kampaniyasının veb saytı sıradan çıxardılıb. Biz hüquq-mühafizə orqanları ilə hücumun mənbəyinin araşdırılması üzərində işləyirik”, - Ağ Ev başçısının seçki kampaniyasının mətbuat katibi Tim Mertau özünün “Twitter”dəki səhifəsində yazıb.
T.Mertau əlavə edib ki, hakerlər məxfi məlumatlara giriş əldə edə bilməyiblər.
“Saytın işi artıq bərpa edilib”, - deyə, o bildirib.