14 yaşlı məktəbli qız dünyaya gətirdiyi uşağı böyüklərdən gizlətmək üçün onu soyuducunun dondurucu bölməsində saxlayıb.
“Komsomolskaya Pravda”nın məlumatına görə, hadisə Rusiyanın Novosibirsk bölgəsində baş verib.
Yeni doğulmuş körpə dondurucuda ölüb. Hadisə barədə ölən körpənin anası danışıb.
Cəsədi kimin tapdığı və doğuşun necə baş verdiyi dəqiqləşdirilməyib.
Hadisə ilə bağlı yoxlamalara başlanılıb.