Əlcəzairin prezidenti Abdelmacid Tebbun həkimlərin tövsiyələrinə əsasən xəstəxanaya yerləşdirilib.
Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə Əlcəzair prezidentinin Administrasiyasından bildiriblər.
Məlumata əsasən, hərbi hospitala yerləşdirilən Əlcəzair prezidentinin vəziyyətində narahatlıq doğuran bir məqam yoxdur: "Onun vəziyyəti stabildir və heç bir narahatlıq doğurmur".
Bildirilir ki, A.Tebbun vəzifələrini xəstəxanadan icra etməyə davam edir.