ABŞ-ın Alabama ştatında Hərbi Dəniz Qüvvələrinin “T-6B Texan II” hərbi təyyarəsi təlim zamanı qəzaya uğrayıb. Nəticədə iki heyət üzvü ölüb.
Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin “Twitter” hesabında məlumat verilib.
Təyyarənin qəzaya uğradığı Boldin dairəsi polisi mülki əhali arasında itki və tələfat olmadığını bildirib.
Qəza zamanı təyyarənin düşdüyü binada yanğın başlayıb.
Faktla bağlı araşdırma aparılır.