“Siz dünyada və bizim bölgədə böyük şəxsi nüfuza malik insan və rəhbərsiniz. Sizdən münaqişə zonasındakı döyüş əməliyyatlarının dayandırılması və siyasi proseslərin bərpası üçün mümkün olan hər şeyi etməyi xahiş edirəm”.
“Report” xəbər verir ki, bunu Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyanın Rusiya prezidenti Vladimir Putinə ünvanladığı yalvarış dolu müraciətdə qeyd olunub.
Heç bir hüquqi statusa malik olmayan A.Arutyunyan qondarma rejimin Rusiya ilə “münasibətlərin” olmasından, bunun qədim “köklərə” söykəndiyini iddia edib...