Koronavirusa yoluxan yaşlı insanlarda ən çox rast gəlinən əlamət psixi pozğunluq (Deliriya) halıdır.
Bu barədə “Cursorinfo” məlumat yayıb.
London Kral Kollecinin alimlərinin apardığı yeni tədqiqata əsasən, bəzi hallarda yaşlı insanlarda kornavirusun əsas sipmtomları olan öskürək və ya hərarət olmasa da, şüur dolaşıqlığı- psixi pozğunluq müşahidə olunur.
Alimlər bu halın 65 və daha yuxarı yaş qrupuna aid şəxslərdə tez-tez müşahidə etdiklərini bildiriblər.