Azyaşlı uşaqlar üç gün vəfat etmiş valideynləri ilə birlikdə yaşayıblar.
“Daily Storm” “Telegram” kanalının məlumatına görə, dəhşətli hadisə Rusiyanın Leninqrad vilayətində baş verib.
İlkin məlumatlara görə, gənc cütlük evdə hazırlanan turşudan zəhərlənərək ölüb.
Hadisə üç gün sonra üzə çıxıb: mərhumun bacısının telefon zənginə beş yaşlı uşaq cavab verərək, valideynlərinin yatdığını, atasının isə nəyə görə isə qap-qara qaraldığını deyib.
Həyəcana düşən qadın dərhal onlara gedib və 30 yaşlı kişi ilə 25 yaşlı qadının öz yataqlarında öldüyünü görüb.
İlkin məlumatlara görə, ər-arvadın ölümü gecə yemək yemələrindən sonra baş verib.
Hadisədən bir gün əvvəl gənc nənəsini ziyarətə gedib və ondan konservləşdirilmiş xiyar turşusu götürüb. İstintaq hesab edir ki, onun tərkibində neyrotoksin ola bilərdi.