Yerdən 120 işıq ili məsafədə iki ekzoplanet kəşf edilib. Tədqiqatın nəticələri "Astronomy and Astrophysics" jurnalında dərc edilib.
Median.Az ted.az-a istinadən bildirir ki, Bern və Cenevrə universitetləri mütəxəssislərinin rəhbərliyi ilə beynəlxalq astrofizika qrupu Yerdən 120 işıq ili məsafədə yerləşən bürcdəki TOI-1266 qırmızı cırtdan ulduzun yaxınlığında iki ekzoplanet aşkar edib. Kəşf, o cümlədən Meksikada SAINT-EX rəsədxanasından aparılan müşahidələr əsasında əldə olunub.
Alimlərin fikrincə, qırmızı cırtdan obyektlər soyuq ulduz təsiri bağışlayır, buna görə də onların yaxınlığındakı planetlərdə suyun potensial mövcudluğu imkanı ehtimal olunur. Ekzoplanetlə onun ulduzu arasında məsafə birincinin aşkarlanması üçün başlıca amildir. Onlar bir-birinə yaxın olduqca astronomların Yerdən müşahidələr əsasında planeti aşkar etmək şansı da çoxdur.
TOI-1266b və TOI-1266с ekzoplanetlər öz ulduzuna Günəş sistemindəki planetlərlə Günəş arasında olan məsafə baxımından daha yaxındır və ulduzunun ətrafında Yerdəki 11 və 19 sutkaya bərabər müddət ərzində tam dövr edir. Onların ulduzu Günəşdən xeyli soyuqdur, bu halda TOI-1266с-nin temperaturu Venera ilə müqayisə edilə bilər. Lakin TOI-1266с öz ulduzuna Veneranın Günəşə yaxın olmasından yeddi dəfə çox yaxındır.
Hər iki planetin sıxlığı oxşardır. Alimlərin fikrincə, planetlər qaya süxurları və metallar, yarısı isə sudan ibarət ola bilər. Lakin ölçü baxımdan onlar fərqlənir. TOI-1266b-nin diametri Yerin diametrindən, demək olar, iki dəfə böyükdür və beləliklə, "minineptun" sinfinə aid edilir. TOI-1266с isə "superyer" sinfinə aiddir, Yerdən 1,5 dəfədən çox böyükdür.
Mütəxəssislər hesab edirlər ki, bir ekzoplanet sistemində müxtəlif siniflərin olması onların qarşılıqlı təsirini öyrənmək üçün böyük imkanlar yaradır.