Gürcüstanda daha bir banka hücum olub. Bu dəfə cinayətkar Gürcüstan Bankının Kobuleti rayonundakı şöbəsinə hücum edib.
AZƏRTAC xəbər verir ki, inkasatora hücum edən şəxs 75 min GEL aparıb. O hadisə yerindən qaçıb.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.