Almaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Drezdendə iki həftə əvvəl bıçaqla turistlərə hücum edən islamçını saxlayıblar.
Bu barədə “Der Spiegel” məlumat yayıb.
İslamçının iki həftə əvvəl şəhərin mərkəzində təşkil etdiyi hücum zamanı bir turist yaralanıb, digəri isə xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
20 yaşlı cinayətkar Suriya vətəndaşıdır, 2015-ci ildə Almaniyaya gəlib. Onun sığınacaq tələbi rədd edilib. O, daha əvvəl dövlət təhlükəsizliyinə təhdid təşkil edən cinayətə görə iki ildən çox məhkum olub və İŞİD terror qruplaşmasına yeni üzvlərin cəlb edilməsi ilə məşğul olub.