Gürcüstanda silahlı şəxs bank işçilərini və müştəriləri girov götürdü - VİDEO
Gürcüstanın Zuqdidi şəhərində əlində qumbara və avtomat silah olan şəxs “Bank of Georgia”nın işçilərini və müştərilərini girov götürüb.
Bu barədə RT xəbər yayır.
Bankda 30-a yaxın girovun olduğu bildirilir.
Cinayətkarların iki nəfər ola biləcəyi istisna edilmir. Soyğun barədə siqnal səslərindən sonra əraziyə polis və xüsusi təyinatlılar cəlb edilib.
Hüquq-mühafizə işçiləri yaxınlıqda yaşayanları təxliyyə ediblər.
Şahidlər silah səslərinin eşidildiyi deyirlər.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!