Qırğızıstanda prezident səlahiyyətlərini müvəqqəti icra edən Sadır Japarov iqtisadi amnistiya elan edib.
“RİA Novosti” bu barədə Nazirlər Kabinetinin saytına istinadən məlumat yayıb.
Bundan əlavə, hökumət başçısı qanunsuz yolla əldə edilmiş əmlakı büdcəyə qaytarmaq üçün korrupsioner məmurlara 30 gün möhlət verdiyini açıqlayıb.