Dünyada 36 394 156 nəfərdə koronavirus aşkarlanıb.
Virusdan 1 060 462 xəstə ölüb, 27 412 315 nəfər sağalıb.
Koronavirusun ən çox qeydə alındığı qitə Asiya (11 410 321 nəfər), ölkə isə ABŞ-dır (7 776 224).
Virusa yoluxma sayına görə ilk sıralarda olan dövlətlər Hindistan (6 835 655 nəfər), Braziliya (5 002 357 nəfər) və Rusiyadır (1 248 619 nəfər).
İranda 483 844, Türkiyədə 329 138, Ermənistanda 53 755, Gürcüstanda isə 9 753 nəfərdə koronavirus müəyyən edilib.
Azərbaycanda koronavirusa yoluxan 41 113 nəfərin 602-si ölüb, 38 858-i sağalıb.