Kaxeti regionunun Kvareli rayonu ərazisinə mərmi düşüb.
“Mtavari Arxi” kanalı xəbər verir ki, mərmi üzüm sahəsi ərazisinə düşüb və partlayıb.
Yerli sakinlərin bildirdiyinə görə, düşən əşya qalıqlarından Pilotsuz Uçan Aparata (PUA) da bənzəyir.
Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda hadisənin baş verdiyi ərazidə hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
İlkin ehtimallara görə, mərminin Ermənistan istiqamətindən atıldığı güman edilir.