Dünyada 36 045 050 nəfərdə koronavirus aşkarlanıb.
Virusdan 1 054 607 nəfər ölüb, 27 149 223 nəfər sağalıb.
Koronavirusun ən çox qeydə alındığı qitə Asiyadır (11 293 763 nəfər).
Sonrakı iki yeri ardıcıl olaraq Şimali Amerika (9 262 437 nəfər) və Cənubi Amerika (8 396 844 nəfər) materikləri paylaşır.
Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (7 722 746 nəfər), Hindistan (6 757 131 nəfər), Braziliya (4 970 953 nəfər), Rusiya (1 237 504 nəfər) və Kolumbiyadır (869 808 nəfər).
İranda 479 825, Türkiyədə 327 557, Ermənistanda 53 083, Gürcüstanda isə 9 245 nəfərdə koronavirus müəyyən edilib.
Azərbaycanda koronavirusa yoluxan 40 931 nəfərin 600-ü ölüb, 38 713-ü sağalıb.