Koronavirusa yoluxmuş Tramp tərəfdarlarını salamlamaq üçün tibb mərkəzindən “qaçıb”.
Bu barədə “Haber Global” xəbər yayıb.
ABŞ Prezidenti tibb müəssisəsinin ərazisindən avtomobili ilə çıxıb və toplaşan insanları salamlayıb. O, və avtomobildə olanların hamısı maskalı olub.
Dövlət başçısının bu davranışı həm bəzi həkimlər, həm də jurnalistlər tərəfindən qınanıb.
Trampın özü videomesaj yayımlayaraq, koronavirus haqqında xəstəxanada çox şey öyrəndiyini deyib.
“Bu, çox maraqlı bir şeydir və bu barədə qısa müddətdə sizə məlumat verəcəyəm”, - deyə o, bildirib.