Həddindən artıq marmelad yeyən kişinin ürəyi dayandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:27 Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  |     20:45 Çində bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb  |     20:18 Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib  |     19:39 Paşinyan Trampa zəng etdi  |     19:35 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     19:30 Paris yaxınlığında çoxsaylı insan girov götürüldü  |     19:20 Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb  |     18:57 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     18:17 Paşinyanın beş doğrusunu aparan bir səhvi  |     18:01 Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: "Uşaqlığı yenidən əzəmətli edək"  |     17:57 Hikmət Hacıyev: "İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi"  |     17:40 Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"  |     17:26 Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq  |     17:19 Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək  |     17:19 İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə məktub ünvanlayıb  |     17:12 "Barselona"nın prezidenti: "Azərbaycanda olmaqdan məmnunam"  |     17:07 Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ  |     16:58 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     16:49 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     16:35 Masallıda 37 yaşlı kişi özünü asıb  |    

Həddindən artıq marmelad yeyən kişinin ürəyi dayandı

ABŞ-ın Massaçusets ştatından olan fəhlə biyandan hazırlanan marmeladı həddindən artıq yediyi üçün ürəyi dayanıb.

Bu barədə məlumat “The New England Journal of Medicine” jurnalında dərc olunub.

Bildirilir ki, meyvəli marmeladı sevən 54 yaşlı amerikalı, ölümündən iki həftə əvvəl şirin biyanlı konfetlərə keçib və gündə bir qutu yarım istehlak etməyə başlayıb.

O, “fast food” restoranında nahar edərkən qəfil huşunu itirib. Həkimlər kişinin qanında təhlükəli dərəcədə az miqdarda kalium olduğunu təyin ediblər. Onların sözlərinə görə, bu, ürək ritminin pozulmasına səbəb olub.

Kişi bir gün sonra xəstəxanada keçinib.

Tibb işçilərinin sözlərinə görə, hətta az miqdarda biyan belə təzyiqi artıra bilər. Belə ki, biyan kökündə olan qlisin turşusu bədəndə kalium və digər mineralların ehtiyatlarını kritik şəkildə azaltmaq qabiliyyətinə malikdir.

ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) iki həftə ərzində gündəlik 55 qram biyan istehlakının, xüsusən 40 yaşdan yuxarı insanlarda ürək ritmini poza biləcəyi və ölümlə nəticələnə biləcəyi barədə xəbərdarlıq edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            642 26.09.20 13:56