Türkiyədə son sutka ərzində koronavirusdan 662 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin covid19.saglik.gov.tr saytı məlumat yayıb.
Bildirilib ki, son 24 saatda 111 113 şübhəli koronavirus testindən keçib, onlardan 1771-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1402 nəfər olub, 1060 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 299 810 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 264 805 nəfər sağalıb, 7377 nəfər ölüb.
Qeyd edək ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün twitter səhifəsində ölkədə ümumilikdə yoluxma sayının 300 minə yaxınlaşdığını vurğulayıb.