Rusiyanın Krasnoyarsk şəhərində narkoloji klinikada yanğını pasiyentlərdən biri törədib.
“360” “Telegram” kanalının məlumatına görə, otağa quraşdırılan müşahidə kameralarına baxdıqdan sonra bu qənaətə gəlinib.
Artıq həmin şəxs saxlanılıb. Gəncin şəhərdən kənarda gizləndiyi deyilir.
Qurum baş verənlərlə bağlı “Ümumi təhlükəli üsulla iki və daha artıq insanın ölümü” maddəsi ilə cinayət işi açıb.
Xatırladaq ki, Rusiyanın Krasnoyarsk şəhərində özəl narkoloji klinikada yanğın baş verib. Yanğın nəticəsində xəsarət alan altı nəfərin dördü ölüb.
Həmçinin 16 nəfərin həyatı xilas edilib.