Rusiya hökuməti əcnəbi vətəndaşlar üçün giriş prosedurunu sadələşdirib.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Nazirlər Kabinetinin iclasında Baş nazir Mixail Mişustin deyib.
Bildirilir ki, Rusiya vətəndaşı ilə yaxın qohumluq əlaqələləri (həyat yoldaşları, valideynlər, övladları, qardaşları, bacıları, babaları, nənələri və nəvələri) olan əcnəbilər ölkəyə giriş üçün sənədlərini sadələşdirilmiş qaydada tərtib edə biləcəklər.
“Bu qohumlar bir ilə qədər qüvvədə olan uzunmüddətli viza ala biləcəklər və bu, vətəndaşımızdan sadə yazılı müraciət əsasında edilə bilər”, - deyə baş nazir vurğulayıb.
Bundan başqa, əcnəbilərin viza almaq hüququnu saxlamaq üçün üç aydan bir ölkə xaricinə getməyə məcbur olduqları norma qanunvericilikdən çıxarılacaq.