BMT pandemiyaya görə təhsil ala bilməyən uşaqların sayından narahatdır.
Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun icraçı direktoru Henrietta For bildirib.
Forun sözlərinə görə, dünyanın 52 ölkəsində təhsil ala bilməyən uşaqların ümumi sayı 870 milyon nəfərdən çoxdur.
"Bu gün koronavirusun yayılmasının başlanğıcından 9 ay keçəndən sonra 872 milyon şagird, yəni demək olar ki, ümumi miqdarın yarısı 51 ölkədə hələ siniflərə qayıtmaq imkanlarına malik deyil", - BMT-nin Uşaq Fondunun icraçı direktoru bildirib.
O, eyni zamanda məktəbə getməyən uşaqların hamısının məsafədən təhsil almaq imkanına malik olmadığını və məktəb davamiyyətinin bir sıra şagirdlər üçün yalnız təhsil baxımından deyil, həm də immunlaşdırma və isti yemək almaq baxımından vacib olduğunu qeyd edib.
"Uşaqlar nə qədər məktəbdən kənar qalsalar, onların dərslərə qayıtma şansları o qədər az olacaq", - Henrietta For vurğulayıb.