Rusiya Federasiyası Daxili İşlər Nazirliyi ölkəyə işləməyə gələn miqrantlara əvvəlcədən sabit ödəmə tətbiq olunmasını təklif edir.
Bu barədə “RİA Novosti” nazirlik tərəfindən hazırlanan miqrasiya məsələləri üzrə yeni federal qanun layihəsi konsepsiyasına istinadla xəbər yayır.
Xarici vətəndaşların Rusiyaya giriş qaydasından asılı olmayaraq, hüquqi şəxslər və fərdi sahibkarlar kimi fiziki şəxslərin də elektron patent əsasında işləmək hüququna sahib olacaqları təxmin edilir.
Əcnəbilər fərdi gəlir vergisini sabit avans şəklində ödəməlidirlər.
Miqrantı işə götürmək istəyən sahibkar şəxsi hesabında onu qeydiyyatdan keçirməlidir.
Fərdi gəlir vergisi sabit bir avans şəklində ödənilmədikdə həmin adama 15 gün ərzində vergi ödəməsi tələbi ilə bildiriş göndərilməsi planlaşdırılır. Sabit avans ödəməkdən imtina edildiyi təqdirdə əcnəbinin Rusiyada işləməsi qadağan ediləcək. Həmin şəxsin ölkədən deportasiya edilməsi də istisna edilmir.