İordaniya rəsmiləri ölkənin sərhədlərini beynəlxalq turizm üçün açdıqlarını elan edib.
Bu barədə ATORUS agentliyi məlumat yayıb.
Hələlik 43 ölkənin vətəndaşları Əmman şəhərindəki Beynəlxalq Hava Limanına giriş hüququ əldə edəcək.
Lakin istisnasız olaraq bütün xarici qonaqlar COVID-19 analizinin nəticələrini təqdim etməli və ölkəyə daxil olandan sonra daha bir testdən keçməlidirlər.