Gürcüstan hökuməti beynəlxalq müntəzəm reyslərə bu ilin 31 oktyabr tarixinə qədər məhdudiyyət qoymaq barədə qərar qəbul edib.
Bu barədə Gürcüstanın 1TV ictimai kanalı məlumat yayıb.
Məhdudiyyət yalnız Şota Rustaveli Tbilisi Beynəlxalq Hava limanı ilə Münhen (Almaniya), Paris (Fransa) və Riqa (Latviya) arasında olan birbaşa beynəlxalq uçuşlara şamil edilmir.
Rəsmi məlumatda qeyd olunur ki, digər istiqamətlərdə müntəzəm hava uçuşları mərhələli şəkildə və epidemioloji vəziyyət nəzərə alınmaqla qəbul edilir.