ABŞ-ın Oreqon ştatının rəhbərliyi meşə yanğınlarının bir sıra yaşayış məntəqələrinə yaxınlaşması səbəbilə əhalinin10 faizindən çox hissəsini təxliyyə ediblər.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Regionun qubernatoru Keyt Braunun sözlərinə görə, bu cür yanğınlara Oreqonda heç vaxt rast gəlinməyib. Yanğınların sahəsi hazırda 364 min hektara çatıb.
Bölgədən ümumilikdə yarım milyondan çox insan təxliyyə olunub.