Yeni növ koronavirusun yayılması ilə əlaqədar pisləşən epidemioloji vəziyyətə görə Gürcüstan hökuməti ölkənin böyük şəhərlərində məktəb və universitetlərdə tədris ilinin başlamasını 15 sentyabrdan 1 oktyabr tarixlərinə təxirə salmağa qərar verib.
TASS bu barədə Gürcüstanın Baş naziri Georgi Qaxariyanın brifinqdə açıqlamasına istinadla xəbər yayır.
“Bu gün yalnız böyük şəhərlərdə təhsil prosesinin başlanmasını iki həftəlik - 1 oktyabr tarixinə qədər təxirə salmağa qərar verdik. Bunlar Tbilisi, Kutaisi, Rustavi, Zuqdidi, Qori, Poti və Batumidir”, - deyə baş nazir bildirib.