Rusiyalı “Boni və Klayd” konvoydan qaçdı – VİDEO
Rusiyanın İrkutsk şəhərində təhlükəli cinayətkarlar konvoydan qaçıb.
“112” “Telegram” kanalı bununla bağlı görüntüləri yayıb.
Məlumata görə, Tatyana Nikitina və sevgilisi Serqey Ustyuqov üç il əvvəl qarət, qanunsuz silah alveri və oğurluqla əlaqədar həbs olunublar. Ancaq onların cinayətlərinin epizodlarının istintaqı bu günə qədər davam edib.
Bir gün əvvəl cütlük növbəti istintaq hərəkətləri üçün həbsxanadan çıxarılıblar. Lakin proses bitdikdən sonra cinayətkarlar kaloniyaya yox, kirayə mənzilə aparılıblar.
Bundan istifadə edən rusiyalı “Boni və Klayd” qaçıb.
Cinayətkarların axtarışına başlanılıb. Onların nəzarətçiləri isə dindirilir.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!