Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsinin tövsiyəsinə və Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatlarına uyğun olaraq, Daxili İşlər Nazirliyi 81 vilayət rəhbərliyinə "COVID- 19 Tədbirləri" mövzusunda təlimat göndərib.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təlimatda bir sıra yeni qaydaların tətbiq olunacağı qeyd olunub. Belə ki, yeni qaydalara görə vətəndaşlar yaşayış məskənləri istisna olmaqla, ölkənin hər yerində (prospektlər, küçələr, parklar, bağlar, gəzinti sahələri, çimərliklər, ictimai nəqliyyat vasitələri, iş yerləri, fabriklər və s.) maska taxmalı olacaq.
Restoran, kafe, otel və s. ictimai iaşə obyektlərində gecə saat 12-dən sonra heç bir halda musiqi səsləndirilməsinə icazə verilməyəcək.